Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda yeni virtual fləşmob: “Virusa meydan oxuyaq!” - VİDEO

İTV-də maraqlı virtual fləşmoba start verilib.

Yenicag.az xəbər verir ki, kanalın “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli dünyada yayılmış koronavirus pandemiyasına qarşı pozitiv olmaq və qarşıdan gələn Novruz bayramını yüksək əhval-ruhiyyədə qarşılamaq üçün virusa meydan oxumağı təklif edib.

İlk olaraq özü Tünzalə Ağayevanın repertuarından “Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirən diktor xanım estafeti digər dörd həmkarına ötürüb.

O, ARB TV-dən Anar Nəcəfli, ATV-dən Lalə Azərtaş, “Xəzər” TV-dən Xanım Yadigarlı və REAL TV-dən Səbinə Ağayevanı #virusameydanoxuyaq haştaqı ilə kampaniyaya qoşulmağa çağırıb./Oxu.az/

www.yenicag.az

733
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100