Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycandakı xarici diplomatların Cəbrayıl və Zəngilana səfəri başa çatdı - YENİLƏNDİ

Reklam: Sinerji Pro

Azərbaycandakı xarici diplomatların Cəbrayıl və Zəngilana səfəri başa çatıb.

Yenicag.az xəbər verir ki, Cəbrayıl və Zəngilana səfər edən xarici diplomatlar geri qayıdıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

***

Ermənistanın işğalından azad olunan ərazilərə səfər edən xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Xudafərin körpüsünü ziyarət edəndən sonra Zəngilan rayonuna yola düşüblər.

İşğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar hazırda Zəngilan şəhərindəki vəziyyətlə tanış olurlar.

Onlara erməni işğalı nəticəsində şəhərin məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Qeyd edək ki, diplomatlar səfər çərçivəsində Cocuq Mərcanlı kəndini, Cəbrayıl şəhərini və Xudafərin körpüsünü ziyarət ediblər.

***

Bu gün Ermənistanın işğalından azad olunan ərazilərə səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Cəbrayıl şəhərinə yola düşüblər.

Yenicag.az xəbər verir ki, diplomatlar hazırda Cəbrayıl şəhərindədirlər.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara şəhərlə bağlı geniş məlumat verib.

Diplomatlar Cəbrayıldakı qəbiristanlıq, mədəniyyət evi və oradakı bütün dağıntı ilə tanış olurlar. Onlar daha sonra Xudafərin körpüsü istiqamətinə yollanacaqlar.

***

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cocuq Mərcanlıdadırlar.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib

***

“Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

Loading...

www.yenicag.az

556
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100