!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Avropaya QƏTİ MÖVQE: “Düşmən münasibət göstərirlərsə, adekvat cavab alacaqlar”

!Reklam – Yazi

“Dövlət başçısı açıq şəkildə Azərbaycana qarşı təzyiq etmək istəyən Avropa dövlətlərinə Azərbaycanın mövqeyini çatdırdı. Yəni bizim Avropa ilə heç bir işimiz yoxdur, biz Avropa Birliyinə də daxil olmaq istəmirik. Təbii ki, regionda bunu istəyən ölkələr var, ancaq biz istəmirik və bizim üçün bu, lazım deyil”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Zeynal Əmrəliyev deyib.

Ekspert Prezident İlham Əliyevin Avropa İttifaqında verdiyi mesajları şərh edib.
Siyasi təhlilçi diqqətə çatdırıb ki, bizim öz müstəqil yolumuz var:

“Biz hər hansısa bir Avropa İttifaqına girib iqtisadi çətinliklərdən xilas olmaq istəmirik. Bizim Avropa İttifaqı ilə enerji və iqtisadi sahələrdə tərəfdaşlığımız var, ancaq bu bizi onlardan asılı hala salmır. Əksinə, bir çox Avropa dövləti bu məsələlərdə Azərbaycandan asılı haldadır və buna görə də bizim Avropa İttifaqına, Avropa ailəsinə üzv olmaq kimi bir niyyətimiz yoxdur. Məhz bunun üçün də ittifaqa daxil olan ölkələr Azərbaycana qarşı olan düşmən münasibətini dayandırmalıdırlar. Çünki bizim onlarla işimiz yoxdur. Tərəfdaşlıq etmək istəyirlərsə, buyursunlar, biz tərəfdaşlığa açıq bir ölkəyik. Ancaq düşmən münasibət göstərirlərsə, təbii ki, adekvat cavab da alacaqlar, necə ki alırlar”.

Z. Əmrəliyev diqqətə çatdırıb ki, Fransa dünyanın ən güclü ölkələrindən biridir, lakin Fransanın Azərbaycana qarşı etdiyi heç bir səhv addım cavabsız qalmır:

“Bunu hər kəs açıq, aydın şəkildə görür. Çox layiqli şəkildə Fransanın cavabı verilir və bundan sonra hər hansısa bir dünya ölkəsi də bizə qarşı olsa, həmin cavab ona da veriləcək. Yəni bu, tam aydın bir məsələdir. Bundan əlavə, Azərbaycanın hazırkı mövqeyi region üçün çox güclüdür. Azərbaycan regionun digər dövlətləri ilə müqayisədə üstündür. İstər enerji sektoru, istərsə digər sahələr olsun, bu özünü büruzə verir”.

Həmsöhbətimiz xatırladıb ki, bu gün Avropanın öz daxilində də kifayət qədər yeni parçalanmalar var:

“Bunu bütün dünyada etiraf edirlər. Artıq Avropa Birliyinin özündə mərkəzdən qaçma meylləri mövcuddur. Rusiya-Ukrayna müharibəsi isə bunu gün üzünə çıxardı. Bir çox Avropa dövləti Rusiyaya qarşı olan sanksiyalara qoşulmaq istəmir. Bunun müqabilində, Avropanın öz dağılmasını xilas etmək missiyası ilə məşğul olması yerinə, digər ölkələrə müdaxilə etməsi, əlbəttə ki, yolverilməzdir. Eyni zamanda, Avropa ölkələrinin bir çoxunu belə etməsinə səbəb öz hegemonluğunu Azərbaycana yaya bilməməsidir. Onlar bunu digər ölkələrə yayır, digər ölkələr ona can atırlar, Avropa nə deyir, onu edirlər, ancaq Azərbaycan öz müstəqil mövqeyindən əl çəkmir və buna görə də bizə qarşı təzyiq metodundan istifadə edilir”.

Onun sözlərinə görə, bu, heç də effektiv deyil, əksinə, həmin ölkələrə, ümumiyyətlə isə ittifaqının özünə ziyan verir:

“Göründüyü kimi, son baş verən proseslərdə Azərbaycana heç bir ziyanlı bir şey olmadı. Əksinə, bu proseslərdən ziyan çəkən elə Avropa ölkələri oldu. Ona görə də özləri dəfələrlə müraciət ediblər ki, biz əlaqələri yenidən düzəltməyə hazırıq. Təbii ki, Azərbaycan da buna hazırdır. Ancaq onlar qərəzli mövqelərindən əl çəkməlidirlər. Azərbaycan öz torpaqlarını azad edib, bu məsələ bitib, Avropaya daxil olan ölkələr də bunu qəbul etməli və Azərbaycanın mövqeyinə uyğun şəkildə siyasət aparmalıdırlar. Çünki Azərbaycan müstəqil mövqeyə malik olan bir ölkədir və regionun da ən güclü dövlətidir. Hər kəs də bununla hesablaşmalıdır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv