!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Ermənistana TƏLƏB: Türkiyə İrəvanla danışıqlar aparır – Danışıqların MÖVZUSU

!Reklam – Yazi

“Azərbaycan və Ermənistana sülh müqaviləsinin imzalanması üçün böyük təzyiqlər edilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yönündə atılan addımlar, böyük dövlətlərin bu istiqamətdəki tələbləri və gözlənənləri şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, aralıq çərçivə sazişini imzalanması daha real görsənir.

“Azərbaycan tərəfi açıq şəkildə bəyan edir ki, Ermənistanın konstitusiyası dəyişmədən sülh müqaviləsi imzalanmayacaq. ABŞ isə təkidlə tələb edir ki, sülh müqaviləsinin imzalanması başa çatmalıdır. Təzyiqlər böyükdür, eyni zamanda mövqelərin yaxınlaşmasında irəliyə doğru addımlar atılmayıb. Azərbaycan tərəfi konstitusiyada Türkiyə və Azərbaycanla bağlı müddəaların çıxarılmasını Ermənistandan tələb edir. Digər tərəfdən isə Türkiyə Ermənistanla danışıqlar aparır. Danışıqların mövzusu sərhədlərin açılması, sərhəd keçid məntəqələrinin qurulması və iki ölkə arasında ticarət əlaqələrinin nizama salınmasıdır”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, Ermənistanda referendumun keçirilməsi vaxt alacaq. Ona görə də, kompramis variant olaraq, aralıq çərçivə sazişini imzalanması ehtimalı yarana bilər.

“Hesab edirəm ki, indiki məqamda ən uyğun variant da budur. Azərbaycanın tələbi qətidir, Ermənistandakı hazırkı vəziyyətdə referendum keçirmək isə asan məsələ deyil. Aralıq çərçivə sazişi ən real görsənir”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv