Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanım” beynəlxalq jurnalının təşkilatçılığı ilə tədbir keçirildi - “Biz birlikdə güclüyük!” / FOTO

“Azərbaycanım” beynəlxalq jurnalının kollektivi və “İstedadlı Əlillər” İctimai Birliyinin üzvləri 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirib.

Tədbirdə ictimai xadimlər, şəhid ailələrinin nümayəndələri, qazilər və cəmiyyətimizin digər ziyalı təbəqəsinin nümayəndələri iştirak edib.

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərən Milli Ordunun zabit və əsgərlərinin misilsiz şücaətindən, xalq-dövlət-ordu birliyinin möhtəşəm gücündən bəhs edib.

Baş redaktor Emil Nəsirli 2020-ci il sentyabrın 27-dən etibarən başlanmış və 44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etməklə şərəfli bir missiyanı böyük qəhrəmanlıqla yerinə yetirdiyi qeyd edib. Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük rəmzi məna daşıyan, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsinin isə dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olduğunu bildirən Emil Nəsirli onu da vurğulayıb ki, dövlət suverenliyimizin rəmzi, qürur mənbəyimiz olan Azərbaycan bayrağı uzun illər düşmən tapdağı altında olmuş torpaqlarımızda bu gün qürurla dalğalanır.

Tədbirdə ölkəmizdə Prezident İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edilib.

Vətənə böyük sevgiləri olan qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.

Tədbirlərdə digər iştirakçılar da rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri barəsində fikirlərini bölüşüblər.

www.yenicag.az

220
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100