Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanın beynəlxalq təşkilatlarla adekvat davranmaq haqqı var” – Politoloq

Reklam: Sinerji Pro

“Dilqəm Əsgərovla Şahbaz Quliyevin işinin artıq siyasi müstəvidən hüquqi müstəviyə keçirilməsinə başlanmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılış mərasimindəki çıxışında Avropa Şurası (AŞ) və bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibətinin qəbuledilməzliyi haqda səsləndirdiyi fikirləri şərh edən politoloq Qabil Hüseynli deyib.

Dövlət başçısı həmin çıxışında AŞ-nin Dağlıq Qarabağdakı xunta rejiminin uzun müddətdir, iki mülki Azərbaycan vətəndaşını – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qanunsuz həbsdə saxlamasına səssiz qalmasını sözügedən qurumun yanaşmasındakı ikili standartların göstəricisi kimi qiymətləndirib:

“AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.

AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir.

Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir”.

Prezidentin bu mövqeyini Yenicag.az-a dəyərləndirən politoloq qabil Hüseynlinin fikrincə, Azərbaycan işğalçı rejimin qanunsuz həbs etdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının bərpası üçün hüquq müstəvisində təsirli addımlar atmalıdır:

“Dilqəm və Şahbazın taleləri təkcə Avropa Şurasının mövqeyil ilə həll olunmur. Amma həmin qurum bu işə fəal müdaxil etsə, onların əsirlikdən azad olunması prosesi sürətlənə bilər.

Lakin nəzərə alınmalıdır ki, bu təşkilat sözün həqiqi mənasında, Azərbaycana qarşı etinasızlıq və qərəzlilik nümayiş etdirir, ölkəmizdəki müsbət proseslərə dəstək vermir. Pozitiv dəyişiklikləri ya görməzdən gəlir, yaxud da aşkar və gizli formada erməniləri dəstəkləyir.

Mənə elə gəlir ki, Dilqəm və Şahbazın işi yalnız beynəlxalq təşkilatlar deyil, həm də beynəlxalq hüquq müstəvisində aparılmalıdır. Zənnimcə, bu işin beynəlxalq məhkəməyə keçirilməsi prosesinə başlanmalıdır. Onların günahsızlığını sübuta yetirən kifayət qədər faktlar var. Bu istiqamətdə ciddi addıamlar atılmalıdır.

Təbii ki, belə bir vəziyyətdə Azərbaycanın ona qarşı qərəzli davranan Avropa Şurası ilə münasibətlərinin perspektivi haqda suallar yaranır. Şəxsən belə fikirdəyəm ki, Azərbaycanın Avropa Şurası və ya digər beynəlxalq təşkilatlarla adekvat davranmaq haqqı var”.

Aqil Bəkir

www.yenicag.az

293