Azərbaycanın bu kəndinə ilk dəfə təbii qaz verildi – Yenicag.Az

Reklam

Reklam

Şəmkir rayonunun Yeni Göyçə kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq iyulun 27-də Şəmkir rayonunun Yeni Göyçə kəndinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub.

Təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 452 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 61 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış məntəqəsində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Şəmkir rayonunun Qaracəmirli kəndinin genişlənən hissəsində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin olunacaq.

Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 818
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."