“Azərbaycanın ərazisi, suverenliyi təhid olunan nöqtələr zərərsizləşdirilməlidir” – MÖVQE

“Sentyabrın 12-13-də baş verən proseslərə baxanda açıq deyə bilərəm ki, Azərbaycanın erməni tərəfinə başqa cür cavab vermək imkanı yox idi. Azərbaycanın torpaqları işğal və istismar olunub, tarixi abidələri dağıdılıb, insanlar yerindən qovulub, bu vaxta qədər Ermənistanın bir metr ərazisinə daxil olmamışıq, ancaq haqsızlıqla suçlanırıq”.

Bu fikirləri Azərbaycana qonşu olan İran və Rusiyada baş verən mitiqnlər, Ermənistanın son təxribatına rəsmi Bakının cavabını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.Zəlimxan Məmmədli bildirib ki, Azərbaycanın ərazisi, suverenliyi təhid olunursa, həmin mövqelər zərərsizləşdirilməli, bayrağımız da orada qaldırılmalıdır:

“Regionda vəziyyət kifayət qədər mürəkkəbdir. Rusiyanın qismən səfərbərliklə bağlı qərarı və bu qərarın yaratdığı ajiotaj, stabilliyin pozulması barədə təhdidlər, İranda qadınların hüquqları ilə bağlı aksiyanın başlaması və onun tədricən İranın 80-ə qədər şəhərinə yayılması regiondakı vəziyyəti ortaya qoyur. Bundan əlavə, İrandan Azərbaycana qarşı verilən bəyanat oldu. Hətta Azərbaycanı təhdid etdilər. Rusiya da kifayət qədər ağır durumdadır. Sentyabrın 12-13-də baş verən proseslərə baxanda açıq deyə bilərəm ki, Azərbaycanın erməni tərəfinə başqa cür cavab vermək imkanı yox idi. Azərbaycanın torpaqları işğal və istismar olunub, tarixi abidələri dağıdılıb, insanlar yerindən qovulub, bu vaxta qədər Ermənistanın bir metr ərazisinə daxil olmamışıq, ancaq haqsızlıqla suçlanırıq. Deyirlər ki, ermənilərin lobbisi var. Belə düşünmürəm.

İndiki zamanda Azərbaycanın legitim mövqelərini təhdid edən nöqtələrin zərərsizləşdirilməsi və nəhayət, həmin yerlərin tutulmasının aktuallığı yarandı. Kimlərsə dedi ki, belə etmək olmaz, bu, təcavüzdür. Bu cür düşünən şəxsləri anlamadım. Bizim o qədər ərazini işğal ediblər, hələ qorxuruq ki, bizə qarşı nələrsə edə bilərlər. Azərbaycanın ərazisi, suverenliyi təhid olunursa, həmin mövqeləri zərərsizləşdirirsən, bayrağını da qaldırırsan. Prezidentin bir sözünü təqdir edirəm. Bildirdi ki, delimitasiya məsələsi həll olunmayıb və bunun hansı xəritələrlə baş verəcəyi də məlum deyil, əlimizdə elə xəritələr var ki, hazırda sərhəd bayraq sancdığımız yerlərdən keçir. Azərbaycanın əlində alternativ variantlar qalmamışdı, ona görə də bu addımı doğru hesab edirəm. Çünki Ermənistanın arxasında İran və Rusiya körüyü var, Gümrüdəki baza var. Bunlar hamısı Azərbaycanı ləngidir. Azərbaycan ləngiməməlidir. Yeni dünya düzənində əvvəl sadaladığım faktorlar Türkiyə ilə Azərbaycanın daha sıx birləşməsinə, Zəngəzur dəhlizinin açılmasına və nəhayət, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına gətirib çıxarmalıdır”.

Səxavət Məmməd

COP29