Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanın haqlı zəfərinin coşqusunu paylaşırıq”

Reklam: High Technic

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanlandığı məktubda Azərbaycanın Vətən müharibəsində qələbəsi – Zəfər Günü münasibətilə dost və qardaş Azərbaycan xalqını türk milləti adından və şəxsən öz adından təbrik edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, TBMM sədri iki dövlətin münasibətlərinin “bir millət, iki dövlət” şüarına əsaslandığını qeyd edərək Azərbaycanın Vətən müharibəsi nəticəsində haqlı zəfərinin coşqusunu paylaşdıqlarını diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycanın dövlət başçısı hörmətli İlham Əliyevin qətiyyətli liderliyilə can Azərbaycan 44 gündə tarix yazaraq 30 il sürən işğala nöqtə qoyub. Bu haqlı mübarizə nəticəsində 8 noyabr 2020-ci il tarixində hamımız üçün böyük önəm kəsb edən Şuşa azad edilib, Azərbaycan döyüş meydanındakı zəfərini üçtərəfli Bəyanatın imzalanması ilə yekunlaşdırıb.

Mustafa Şəntop bu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əziz qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edib, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq, rifah və Milli Məclisin sədrinin şəxsində Azərbaycan parlamentinin üzvlərinə müvəffəqiyyətlər arzulayıb.

www.yenicag.az

189
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100