!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın hücum DİPLOMATİYASI: “Ermənistanın səsləndirdiyi iddialar absurddur”

!Reklam – Yazi

“Vaxtılə Ermənistanın apardığı siyasəti indi Azərbaycan aparır və rəsmi Bakı bunda haqlıdır”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistan tərəfinin Azərbaycanın hücum edəcəyi və Qərbi azərbaycanlıların köçürülmə məsələsini gündəmə gətirməsindən narahatlığını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov açıqlayıb.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan tərəfi haqlı olaraq hücum diplomatiyası seçib.

“Əslində, baş verməli olanlar həyata keçirilir. İlham Əliyevin apardığı siyasət hücum siyasətidir. Ən yaxşı müdafiə hücumdur. Vaxtilə indiki Ermənistan ərazisindən deportasiya olunmuş 10 minlərlə insanın taleyi bizi maraqlandırır.
Ermənistan 30 il öncə bizə qalib gəldikdən sonra apardığı siyasətə, irəli sürdüyü iddialara baxsaq, görərik ki, onlar bizim torpaqlar üzərindən alver edirdilər”, – deyə o bildirib.

O qeyd edib ki, Ermənistandan deportasiya edilmiş insanların taleyi qətiyyən nə danışıqlarda gündəmə gətirilirdi, nə də bu mövzu qabardılırdı.

“O vaxt onların apardığı siyasət indi Azərbaycan tərəfindən aparılır və irəli sürülür. Bu da tamamilə qanuna uyğundur. Beynəlxalq hüquq və insan haqları məsəlsəindən də Azərbaycan tərəfi geri çəkilmir. Qarabağ köçən ermənilərə çoxlu sayda vədlər verilmişdi. Bütün bunların heç biri baş vermədikdə, onlar çıxıb getməi oldular. Bu gün də Azərbaycana qayıdıb, Azərbaycan bayrağı altında yaşamaqdan imtina edirlər. Bu Azərbaycanın problemi deyil. Ancaq Azərbaycan tərəfinin özünə qəbul etdiyi soydaşlarımız öz dədə-baba yurdlarına qayıdıb orada hansı hakimiyyətin olmasından asılı olmayaraq, orada yaşamaq istəyirlər.

Ermənistan tərəfinin səsləndirdiyi iddialar hamısı absurddur, insan hüquqlarına ziddir”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

891
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv