!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın iranlı sürücüləri SƏRBƏST BURAXMASI: "Fars çətəsi Azərbaycandan rəsmi şəkildə üzr istəməyib" - ŞƏRH

!Reklam – Yazi

“Bu, sadəcə olaraq Azərbaycan tərəfinin xoşməramlı təşəbbüsüdür”.

Bu fikirləri gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmalarına münasibət bildirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Cahandar Bayoğlu bunu Azərbaycanın bütün hallarda barışa hazır olması ilə əlaqələndirib:

“Bu, humanizm məsələsi deyil. Bu, sadəcə olaraq Azərbaycan tərəfinin xoşməramlı təşəbbüsüdür. Çünki Tehran əyaləti həyasızcasına Azərbaycana qarşı savaş niyyətini ortaya qoyub. Bu əyalətin valisi İbrahim Rəisi, axundu Xameneyi kimi insanların səviyyəsində Azərbaycana aşağılayıcı fikirlər səsləndirilir. Təbii ki, fars çətəsi Azərbaycandan rəsmi şəkildə üzr istəməyib. Bütün bunlara baxmayaraq, Qarabağa qanunsuz yük daşımaq qadağan edilib. Görünür, Azərbaycan da bunun qarşılığında iki TIR sürücüsünü onlara təhvil verib. Müəyyən mənada, barışa hazır olduğumuzu sərgiləyirik. Biz barışa da hazırıq, savaşa da. Savaş deyəcəklər, vuruşacağıq. Barış deyəcəklər, barış olacaq”.

Aqil Bəkir

www.yenicag.az

1102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv