“Azərbaycanın kompromis addımları daha böyük maraqlarımızın təmininə yönəlib” - Bəhruz Məhərrəmov

media-hightechnic-468x90

“Cari məqamda həmin cinayətkarların daha faydalı formada istifadə olunması onların həbsxanada bəslənməsindən daha məqsədəmüvafiqdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 4 erməni məhkumun Ermənistana qaytarılması məsələsini şərh edərkən deyib.

media-behruz-2

Deputat bildirib ki, cinayətləri məhkəmə qaydasında sübut olunmuş şəxslərin təhvil verilməsi Azərbaycan dövlətinin sülh, sabitlik və birbaşa dialoqa sədaqətinin göstəricisidir:

“Bu, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşmasında mühüm mərhələdir. Azərbaycan dövləti həmin cinayətkarları bağışlamayıb. Onlar Azərbaycan ədalət mühakiməsi qarşısına çıxarılıb, barələrində hökm qüvvəyə minib və cəzalarının müəyyən müddətini burada çəkiblər. Bununla da Bakı anti-Azərbaycan mərkəzlərin bütün arqumentlərini yerlə-yeksan edib”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycan dövləti bu addımla öz məqsədinə çatıb və hər kəsə sübut edib ki, dövlətimizə qarşı heç bir cinayət cəzasız qalmır:

“İndi isə Azərbaycan dövləti sülh və etimad mühiti naminə həmin şəxslər üzərindən gediş edir. Ermənistan cəmiyyətində reaksiya müxtəlif olsa da, dəyişməyən bir məqam var: proseslərin gedişini Azərbaycan diktə edir. İkitərəfli və vasitəçisiz dialoq fayda verir. Azərbaycanın bütün kompromis xarakterli addımları miqyasca daha böyük maraqlarımızın təmininə yönəlib”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa