Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanın resursları əhaliyə və dövlətə dəymiş ziyanı qarşılamaq üçün yetərlidir” - Politoloq

Reklam: Sinerji Pro

“Heç şübhə yoxdur ki, Sərəncamdan irəli gələn vəzifələr nəzərdə tutulan ən qısa müddətdə icra olunacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin dünən imzaladığı “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı şərh edən politoloq Yusif Bağırzadə deyib.

Politoloqun sözlərinə görə, cəbhə bölgəsində infrastrukturun bərpası və mülki əhaliyə dəymiş ziyanın qarşılanması üçün Azərbaycanın yetərincə imkanı var:

“Gördüyünüz kimi, Azərbaycana qarşı Tovuz rayonu istiqamətində növbəti təxribata əl atan Ermənistan uğursuzluğa məruz qalaraq, geri çəkilməli oldu. İşğalçı ölkə yeni məğlubiyyətinin əvəzini də dinc əhalidən çıxmaq üçün Tovuzun sərhəd zonasındakı kəndlərini atəşə tutaraq, gücünün yalnız buna çata biləcəyini bir daha nümayiş etdirdi.

Əlbəttə, kəndlərimizin düşmən tərəfindən atəşə tutulması nəticəsində evlərə və infrastruktura ziyan dəyib, haradasa, 40-a yaxın evə mərmi düşüb. O cümlədən, ərazidən keçən kommunikasiya vasitələri də zədələnib.

Lakin Azərbaycan prezidenti bundan cəmi bir neçə gün sonra müvafiq Sərəncam imzalayaraq, Tovuzun zərər çəkmiş kəndlərinə dəymiş ziyanın aradan qaldırılmasına göstəriş verib. Dövlət başçısının Sərəncamına əsasən, bu işlərin həyata keçirilməsinə geniş mütəxəssis heyəti cəlb olunub.

Heç şübhə yoxdur ki, Sərəncamdan irəli gələn vəzifələr nəzərdə tutulan ən qısa müddətdə icra olunacaq. Hər kəs bilir ki, Azərbaycanın resursları əhaliyə və dövlətə dəymiş ziyanı qarşılamaq üçün yetərlidir. İşğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti hər hansı probleminin həlli üçün kənarda kiməsə üz tutmur. İnanıram ki, Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verməli olacaq”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

506