!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın tatar diasporundan Tovuzla bağlı BƏYANAT

!Reklam – Yazi

Azərbaycanın tatar diasporu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu ərazisində törədilən provokasiya ilə bağlı bəyanatla çıxış edib.

Yenicag.az xəbər verir ki, bəyanatda qeyd olunub:

“2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan ordusu düşmənə cavab zərbəsi endirib. Düşmən geri çəkilib və itki verib. Düşmənin hücumu dəf edilərkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yüksək vəzifəli zabitləri və müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları həlak olub.

2020-ci il iyulun 12-15-də baş verən hadisələrlə əlaqədar Azərbaycanın tatar diasporu təcavüzkar ölkəyə qəti etirazını bildirir və Ermənistanın Azərbaycan-Ermənistan sərhədində münaqişənin mürəkkəbləşməsinə yönəlmiş işğalçı siyasətini pisləyir.

Azərbaycan tatarları erməni provokasiyasının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücumu dəstəkləyir. Biz erməni təcavüzkarlarına adekvat cavab verən rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin uğurları ilə fəxr edirik.

Biz erməni silahlı dəstələrinin törətdiyi provokasiya nəticəsində həlak olmuş azərbaycanlı hərbi qulluqçuların xatirəsi qarşısında baş əyirik. Allah rəhmət eləsin! Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarət almış yaralıların tezliklə sağalmalarını arzulayırıq.

Azərbaycan torpaqlarının beşdəbirini 25 ildən çoxdur ki, işğal altında saxlayan Ermənistan özünün vəhşi işğalçılıq və provokasiya siyasətini bir daha nümayiş etdirdi. Biz Ermənistanı və Dağlıq Qarabağda qurulmuş oyuncaq, heç kim tərəfindən tanınmayan separatçı rejimi regionda və bütün dünyada sülhə və sabitliyə təhdid yaradan təcavüzə son qoymağa çağırırıq.

Biz dünya birliyini Ermənistanın Azərbaycanın dinc əhalisinin ziyan çəkməsi ilə nəticələnən hərəkətlərinə hüquqi qiymət verməyə çağırırıq. Ermənistan qoşunları tərəfindən dinc əhalinin artilleriya atəşinə tutulması – bu ölkənin beynəlxalq hüquqa, ilk növbədə, Cenevrə Konvensiyasına ehtiramsızlığının sübutudur.

Azərbaycanda yaşayan tatarlar Vətənin maraqlarını qorumağı və azərbaycanlı qardaşları ilə birgə çiyin-çiyinə ana yurdun düşməndən azad olunmasında iştirak etməyi özlərinə borc bilirlər. Tatar diasporunun nümayəndələri XX əsrin doxsanıncı illərində olduğu kimi var gücü ilə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə hazırdır.

Respublikanın çoxmillətli əhalisi kimi tatarlar da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətini tam dəstəkləyirlər. Əminik ki, işğalçı erməni silahlı dəstələri tezliklə ərazimizdən çıxarılacaq və Dağlıq Qarabağ müstəqil Azərbaycanın tərkibinə qaytarılacaq!

Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın qüdrətli Azərbaycan ordusu!”

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv