!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanla Naxçıvan arasındakı yolun açılmasına hazırıq" - Paşinyan

!Reklam – Yazi

Cənubi Qafqazda davamlı sülh nəinki mümkündür, həm də realdır.

Yenicag.az xəbər verir ki, bunu İrəvan Dialoqu forumunun açılışında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, Ermənistanın mövqeyini təqdim edərək, sülhə nail olmaq üçün bütün tərəflərin səylərinin lazım olduğunu vurğulayıb: “Sülh müqaviləsinin 80%-i artıq razılaşdırılıb, o cümlədən 13 maddə və əlavə iki maddə qismən razılaşdırılıb – onların hər biri iki cümlədən ibarətdir”.

Ermənistan sazişin razılaşdırılmış hissələrini imzalamağı və qalan bəndlər üzrə işi davam etdirməyi təklif edir. Baş nazir onu da vurğulayıb ki, sənəd Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur.

Paşinyan qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində irəliləyiş var. O, bir daha vurğulayıb ki, bu prosesin əsası Alma-Ata Bəyannaməsidir.

Baş nazirin fikrincə, regionda nəqliyyat kommunikasiyalarının açılması da uzunmüddətli sülhə doğru mühüm addımdır: “Sülh yollarının kəsişməsi bizim üçün strateji əhəmiyyətli ölkə olan İranla, gələcəkdə isə Türkiyə və Rusiya ilə dəmir yolu əlaqəsi təmin etdiyi üçün vacibdir”.

O əlavə edib ki, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu əlaqələrinin açılması da mühüm addımdır. Ermənistan bu imkanı yaratmağa hazırdır, baxmayaraq ki, Naxçıvan artıq İran və Türkiyə vasitəsilə xarici dünyaya çıxış əldə edib./unikal

COP29

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv