Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqləndi

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanunları imzalayıb.

Yenicag.az xəbər verir ki, bununla da “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış müqavilə təsdiqlənib.

Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli qanunu ləğv edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa