!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı alimin elmi məqaləsi Brazilyanın nüfuzlu jurnalında dərc olunub

!Reklam – Yazi
Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən ən nüfuzlu sayılan Web of Science daxil olan və Braziliyada nəşr edilən A kateqoriyalı “A Revista Turismo Estudos & Práticas (RTEP)” jurnalında “31 mart-Azərbaycanlıların soyqırımı” adlı elmi məqaləsi dərc edilib.
Bu mövzuda Azərbaycanda ilk dəfə beynəlxalq jurnalda dərc edilən elmi məqalədə müəllif qeyd edir ki, “Böyük Ermənistan” yaratmaq xülyası, ermənilərin fikrincə, iki istiqamətdə həyata keçirilməlidir. Birincisi, ermənilərin göz dikdiyi türk torpaqlarının, o cümlədən də, Azərbaycan ərazilərinin müharibə, yaxud dinc yolla işğal edilib Ermənistana qatılması siyasətidir.
İkincisi, buna nail olmadıqda milli qırğın törətmək yolu ilə türk xalqlarına, eləcə də azərbaycanlılara qarşı soyqırım siyasətinə həyata keçirməkdən ibarətdir”.
Məqalədə həmçinin qeyd edilir ki, 1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmıŞ, təhqir və işgəncələrə məruz qalmışdır. Tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkaranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə qocaya, nə cavana, nə də körpələrə aman verilməmiş, adamları vəhşicəsinə qətlə yetirilmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab edilmişdir.
1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir neçə gün ərzində şəhərin azərbaycanlılara məxsus hissəsini viranəyə çevirib əhaliyə divan tutan erməni daşnak dəstələri bolşeviklərlə əlbir hərəkət edirdilər. Tarixi faktlar, arxiv sənədləri, ciddi elmi mənbələrə əsaslanan məqalənin nəticə hissəsində qeyd edilir ki, 31 mart tariximizin ən ağrılı-acılı səhifələrindən biridir. Bu, Azərbaycana qarşı erməni daşnaklarının XX əsr ərzində törətdiyi ikinci qırğının tarixidir. Ermənilər 4 dəfə Azərbaycana qarşı soyqırım və deportasiya siyasəti həyata keçiriblər. Hər hansı bir tarixi proses baş verən zaman ermənilər bundan məharətlə istifadə ediblər. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Linki təqdim edirik: http://natal.uern.br/periodicos/index.php/RTEP/articl

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv