Azərbaycanlı cüdoçu ermənini məğlub etdi - 78 saniyəyə

media-hightechnic-468x90

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb.

Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Bu dəfə Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. Azərbaycanlı cüdoçu 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarinini sınağa çəkəcək.

Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05