!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olacaqlar

!Reklam – Yazi

Milli Məclisin bir qrup deputatı Türkiyədə prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci mərhələsinə hazırlıqla tanış olmaq üçün bu ölkəyə səfər ediblər.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlar Hikmət Məmmədov, Fatma Yıldırım, Mahir Abbaszadə, Elman Nəsirov, Sahib Alıyev İzmir şəhərində, Tahir Rzayev, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova Antalya şəhərində, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev, Ramil Həsən İstanbul şəhərində prezident seçkilərinin ikinci turuna hazırlıq və prosesin gedişi ilə tanış olacaqlar.

Deputat Ramil Həsən bu məqsədlə Antalya şəhərinə də səfər edəcək.

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv