Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycanlı futbolçudan bir oyunda 5 qol

Reklam: Sinerji Pro

Futbol üzrə Latviya Birinci Liqasında 14-cü turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənməyi bacarıb. Komandasının 6 qolundan 5-ni məhz Vüqar vurub. O, matçın 7, 31, 35, 54 və 67-ci dəqiqələrində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 18-ə çatdırıb.

“Dauqavpils” isə 14 turdan sonra 31 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

Loading...

www.yenicag.az

3801
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100