!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu

!Reklam – Yazi

Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub.

Yenicag.az-ın xəbərinə görə, Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-ın Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.

O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1550, (İELTS İnternational English Language Testing System) üzrə 8,5 bal toplayıb.

Gənc onlar arasından Harvardı seçib və burada təhsil alacaq.

A.Əliyeva “Ivy League”ya daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən üçünə bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində A-level proqramı üzrə təhsil alır.

Xatırladaq ki, A.Əliyevanın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (Civil engineering and general engineering) üzrə Texas və Vigina, ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olunub.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv