Azərbaycanlı gənclər “Multi Preneurship” layihəsində-Foto

media-hightechnic-468x90

unnamed (1)“ADDIM Gənclər təşkilatı”nın 5 üzvü növbəti dəfə Sloveniada keçirilən beynalxalq təlimdə iştirak ediblər. 10 gün davam edən təlimlərdə 12 ölkə olmaqla ümumilikdə 40 gənc lider iştirak edib. Beynalxalq layihədə Azərbaycan, Rusiya, Gürcüstan, Polşa, Malta, Sloveniya və ermənistan kimi ölkələr təmsil olunub.

“Multi Preneurship” adlanan layihənin əsas məqsədi yuxarda adı çəkilən ölkələrdə gənclər arasında işsizlik səviyyəsinin müəyyən edilməsi, dövlətlərin bu problemi aradan qaldirması üçün gördüyü tədbirlər, gənclər siyasəti, gənc sahibkarların dəstəklənməsi, gənclərin sərbəst şəkildə öz bizneslərini qurması üçün yaradılan şərait müzakirə olunub. ADDIM təşkilatının icraçı direktoru Aynur Salmanova, təşkilatın həmtəsisçisi Kamran Cavadzadə, ADDIMçı gənc və istedadlı rejisor Cavanşir Eladisoy, ADDIM Business College-in tələbələri Fidan Məmmədova və Abbasaga Əlizadə təmsil edirlər.

Layihənin digər əhəmiyyətli tərəfi odurki gənclərimiz burada Azərbaycan mədəniyyətini, tarixini, musiqisini, milli mətbəxini təbliğ edən event düzənləyiblər. Layihənin davamı olaraq Azərbaycanda ADDIMla əməkdaşlıq çərçivəsində yeni beynalxalq layihələrin keçirilməsi nəzərdə tutulur.

sllll.jpg görüntüleniyor

hbb.jpg görüntüleniyor

hbbb.jpg görüntüleniyor

sllllll.jpg görüntüleniyor

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600