Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı hacılar Bakıda – Fotolar

da4409e0c0be4006f58f8d0ff8a12e10Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupunu gətirən təyyarə Bakıya enib.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bu gün saat 21:00-dan sonra daha iki reysin baş tutması gözlənilir.

Qeyd edək ki, ilk təyyarənin bu gün saat 05.00-da Bakıya enməsi nəzərdə tutulsa da, reys təxirə düşüb.

QMİ-dən reyslərin ləngiməsini Ciddə aeroportunda yaşanan izdiham və zəvvarları geri qaytaran Səudiyyə Ərəbistanı aviaşirkətinin zəif təşkilatçılığı ilə əlaqələndiriblər.

Hazırda Ciddə aeroportunda növbəti reysləri gözləyən azərbaycanlı zəvvarlar uzun ləngimələrə etirazlarını bildiriblər. Zəvvarlar APA-ya bildiriblər ki, artıq bir sutkaya yaxındır, aeroportda gözləyirlər, reyslərinin ləngiməsi ilə bağlı məsul şəxslər onlara açıqlama vermirlər. Bildirilib ki, ümumiyyətlə, onlarla maraqlanan yoxdur: “Hələ də dəqiq bilmirik ki, növbəti reyslər nə vaxt yola düşəcək”.

Zəvvarlar onu da bildiriblər ki, aeroportda gözləyən bir nəfərin səhhətində problem yarandığı üçün həkim məntəqəsinə aparılıb(APA).

Loading...

www.yenicag.az

704
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100