Azərbaycanlı İŞİD-ə maliyyə yardımı edirmiş

media-hightechnic-468x90

84995Beynəlxalq terror təşkilatını maliyyələşdirməkdə ittiham olunan azərbaycanlı şəxs saxlanılıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, istintaq zamanı məlum olub ki, İŞİD-ə maliyyə yardımı edən şəxs Rusiyanın Lipetsk vilayətinin sakini, alma satan azərbaycanlıdır.

Rusiya hüquq mühafizə orqanlarının araşdırmasından sonra sözügedən şəxs haqqında “Terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işi qaldırıb.

İlkin məlumata görə, azərbaycanlı iş adamı əldə olunan vəsaiti Türkiyədəki terrorçu ekstremist təşkilata ötürürmüş.

Qeyd edək ki, azərbaycanlı satıcını 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 500 min rubl (8500 AZN) məbləğində cərimə gözləyir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa