Azərbaycanlı pilotun cəsədi 70 il sonra tapıldı – FOTOFAKT

media-hightechnic-468x90

FOTO2Rusiyanın Smolensk vilayətində Böyük Vətən Müharibəsi zamanı vurulan döyüş təyyarəsinin qalıqları aşkarlanıb.

Həmin müharibədə həlak olan insanların qalıqlarının tapılması ilə məşğul olan “Smerç” təşkilatının üzvləri “L-5” təyyarəsinin pilotu Əziz Əbdül oğlu İsrafilova aid sənədlər aşkar ediblər.
Həmin sənədlərdən aydın olur ki, Əziz İsrafilov azərbaycanlı pilot olub və 1921-ci ildə Bakıda anadan olub. Onun yaşayış ünvanını isə Bakıdakı Krupskaya küçəsi 21 (23) olduğu məlumdur.

“Smerç” təşkilatının üzvləri ehtimal edir ki, təyyarə 3 min metr yüksəklikdən yerə düşdüyü üçün onun göyərtəsində güclü yanğın olub və buna görə kabinədəki pilot Əziz İsrafilov yanaraq kül olub.

Hazırda onun qohumlarının axtarışı aparılır.(modern)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa