Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı qadın Türkiyədə sürücüsünü bıçaqladı - VİDEO

Türkiyənin Tekirdağ şəhərində azərbaycanlı qadın avtobus sürücüsünü bıçaqlayıb.

Yeniçağ.Az “İstiPress”-ə istinadən xəbər verir ki, Ferhan Yakın adlı şəxsin idarə etdiyi 59 ZC 475 dövlət nömrə nişanlı avtobusdan istifadə edən azərbaycanlı Mansurə Əlizadə Mühittin məhəlləsində məlum olmayan səbəbdən sürücü ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və M. Əlizadə çantasında gəzdirdiyi bıçaqla sürücünü sinəsindən yaralayıb. Sürücünün yaralandığını görən sərnişinlər polisə və təcili yardıma zəng vurublar.

Yaralı sürücü təcili yardım maşını ilə Çorlu Dövlət Xəstəxanasına çatdırılıb. M. Əlizadə isə polis tərəfindən saxlanılıb.

Yeniçağ.Az

www.yenicag.az

253