“Azərbaycanlı QHT nümayəndələri AŞ PA-nın Dağlıq Qarabağla faktı qəbul etməməsi zamanı məmnun görünürdülər”

media-hightechnic-468x90

скачанные файлыAvropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Monitorinq Komitəsi məruzəçilərinin “Azərbaycanda demokratik təsisatların fəaliyyəti haqqında” hesabatı sonrası qəbul edilən qətnamə Azərbaycanın ictimai-siyasi mühitinə necə təsir göstərəcək?

Mövzunu Yenicag.az-a şərh edən politoloq Elman Nəsirov deyib ki, “AŞ PA-nın yay sessiyası dövründə Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə bir daha təsdiqləyir ki, əslində bir sıra beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, ayrı-ayrı mətbuat orqanları eyni mərkəzdən idarə olunmaqla Azərbaycanı hədəfə çəkir və qarayaxma kampaniyasını həyata keçirirlər. Hadisələr çox sinxron şəkildə baş verməkdədir. Avropa Oyunlarının başlanmasına 2 gün qalmış iyun ayının 10-da Avropa parlamentində anti-Azərbaycan dinləmələr təşkil edilir. Avropa Oyunlarının başladığı gün Almaniya Bundestaqında eyni tipli dinləmələr təşkil edilir və Azərbaycana qarşı təzyiq işə salınır. Avropa Oyunlarının getdiyi dövrdə Strasburqda AŞ PA-da eyni məqsədli dinləmələr təşkil edilir”. Politoloq qeyd edir ki, “Freedom House” təşkilatının Ermənistanla bağlı hesabatı tamamilə yanlış və qərəzlidir. “Paralel olaraq “Freedom House” təşkilatı 129 dövlətdə insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabat yayır. Həmin hesabatda Azərbaycanı insan hüquq və azadlıqlarının vəziyyətinə görə çox aşağı bir səviyyədə göstərir. Hətta Ermənistan sanki demokratiyanın nümunəsi kimi təqdim edilir. Ermənistanda baş verən son hadisələr bir daha təsdiqlədi ki, demokratiya və Ermənistan bir-birinin antipodudur”.

Elman Nəsirov hesab edir ki, “Dinləmələrin gedişatında düz 5 dəfə hər bir məsələ üzrə səsvermələr təşkil edilir. Azərbaycan torpaqlarının Dağlıq Qarabağ işğalı altında olması faktı düz 5 dəfə səsvermə nəticəsində oradan çıxarılıb və bu fakt orada öz əksini tapmayıb. Hesab edirəm ki, bu çox böyük hüquq pozuntusudur. Birqədər öncə Avropa İnsan Hüquqları Məhkəməsi aydın şəkildə yazmışdır ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayon işğal olunub, 1milyondan artıq məcburi köçkün və qaçqın var. Eyni zamanda həmin sənəddə qeyd olunmuşdur ki, Dağlıq Qarabağda separatçı rejimdir. Yəni Avropa Məhkəmsinin bu qərarı ola-ola AŞ PA-nın belə bir qətnamə qəbul etməsi hesab edirəm ki, ikili standartların daha pik nöqtəsidir. Eyni zamanda bu addımı ilə AŞ PA özü-özünü inkar etdi və özünün simasızlığını ortaya qoydu. AŞ PA 2005-ci ildə 14-16 saylı qətnamə qəbul edib və qətnamələrdə isə Azərbaycan torpaqlarının işğal altında olması faktı öz əksini tapmışdır. Ermənistan burada işğalçı dövlət elan edilmişdir. Bunula yanaşı BMT TŞ-nın 4 qətnaməsinə istinad edilmişdir və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə bağlı məsələ öz əksini tapmışdır”.

AŞ PA-nın 2005-ci il qətnaməsinə əlavə 16-90 saylı sənədini də xatırladan politoloq, həmin sənəddə də birbaşa ərazi işğalı məsələlərinin öz əksini tapmasını vurğulayıb: “Üstündən 10 il keçdikdən sonra AŞ PA özü-özünü inkar edir və 10 il əvvəl qəbul etdiyi sənədlərin üstündən xətt çəkir və 4 dəfə səsvermə ilə nail ola bilmədiyi nəticəni 5-ci dəfə səsə qoymaqla müxtəlif kombiansiyalarda və maxinasiyalarda istifadə etməklə bunu həyata keçirir. Bu çox acınacaqlı haldır. Beynəlxalq hüququn dəfn olunduğunun təsdiqidir”.

“Nə qədər əcaib və Qərbə paradoksal səslənsə də, bu gün biz həmin reallıqla üz-üzə dayanmışıq. Həmin o səsvermədən sonra erməni deputatlar bir qədər məmnun aparıblar ki, belə nəticə əldə ediblər. Onların bu cür davranış yox, bizim üçün ən önəmli, anlaşılmaz olan əslində elə anlaşılan olan Azərbaycandan olan bizim qht nümayəndələrinin, guya ki, vətəndaş cəmiyyəti nümayəndələrinin davranışıdır. Guya qətnamənin qəbulunda məmnundurlar və razılıqlarını ifadə edib, zalı tərk edirlər. Ayrı-ayrı məsələlərdə onların mövqeyini başa düşmək olar. Hesab edirlər ki, Azərbaycan bir insan qeyri-qanuni həbs edilib. Tutaq ki, bu onların mövqeyidir. Bəs nəyə görə onlar AŞ PA-nın Dağlıq Qarabağla faktı qəbul etməməsi zamanı məmnun görünürdülər.Bu o deməkdir ki, elə onlar da eyni ermənipərəst mənbədən qidalanırlar” – deyə, politoloq vurğulayıb.

Nəsirovun sözlərinə görə, Azərbaycan xarici siyasətinə yenidən baxa bilər: “Bütün bunlara baxmayaraq Azərbaycan öz mübarizəsini aparır. Bizə təzyiqlərin kökündə dayanan əsas səbəb odur ki, sürətlə inkişaf edirik, ölkə prezidenti müstəqil siyasət həyata keçirir. Azərbaycan seçdiyi yoldan geri keçilən deyil. Azərbaycan xalqı öz prezidenti ətrafında daha sıx birləşib. Azərbaycan nəhəng Avropa Oyunlarına ev sahibliyi edir. AŞ PA-nın da bu addımı elə özünə ziyan gətirəcək. Azərbaycan kimi regionda lider olan dövlətə belə qərəzli davranış Azərbaycanın xarici siyasət istiqamətlərində dəyişikliklərə gətirib çıxara bilər. Burada da bütün məsuliyyət ümumilikdə, Qərb siyası dairələrinin üzərinə düşəcəkdir”.

Kamran Ədalətoğlu

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600