Tokayev Rusiyaya səfər edəcək

media-hightechnic-468x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək.

Yenicag.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək.

“Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, – məlumatda qeyd edilib.

Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videokonferans formatında müraciət edəcəkləri planlaşdırılır./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa