Azərbaycanlı rəssamından moldovalı gənclərə dərslər
Azərbaycanın tanınmış rəssamı Mirteymur Məmmədovun qrafika işlərinin ölkəmizin Moldovadakı səfirliyi tərəfindən Moldovanın paytaxtında təşkil olunmuş sərgisi çərçivəsində noyabrın 21-də rəssam Azərbaycanın diplomatik nümayəndəliyinin binasında İqor Viyeru adına liseyin və Plemedyale adına Təsviri Sənət Kollecinin şagirdləri üçün mühazirə oxuyub.
Moldovanın mədəniyyət naziri Monika Babuk və Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev şagirdləri salamlayıblar.
Mirteymur Məmmədov Moldovada olduğu müddətdə Moldovanın Musiqi, Teatr və Təsviri Sənət Akademiyasının tələbələri və müəllimləri qarşısında silsilə mühazirələrlə çıxış edib, “Pikasso” Qalereyasının Rəssamlıq Studiyasında ustad dərsləri keçib.
(azertag.com)