Rusiyanın daha bir vilayətində azərbaycanlı yeniyetmələrdən ibarət dəstə peyda olub.
Yenicag.az Rusiya mediasına istinadla bildirir ki, Belqorod vilayətində insanlara hücum edən dəstənni lideri saxlanılıb. Onun 17 yaşlı Azərbaycan vətəndaşı olduğu üzə çıxıb.
Hazırda qalan şübhəlilər axtarılır. Araşdırmalar FSB-nin regional şöbəsinin köməyi ilə aparılır.
İlkin olaraq yeniyetmələrə qarşı daha yüngül xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram-da bildirib.
Onun sözlərinə görə, şübhəlilər şəhər sakinlərinə hücum edib, onları döyüb, təhqir edib və hədələyiblər. Eyni zamanda, yeniyetmələr baş verənləri lentə almaqdan və internetdə yerləşdirməkdən çəkinməyiblər. Volk bütün zərərçəkmişlərdən və şahidlərdən ən qısa zamanda polisə müraciət etmələrini xahiş edib.
Rusiya teleqram kanalları isə, qrup üzvlərinin Azərbaycan mənşəli olduqlarını yazıblar.
Teleqram kanallarının məlumatına görə, davalar Belqorod “MegaGrinn” ticarət mərkəzi, şəhər hava limanı və avtovağzalın yaxınlığında qeydə alınıb.
Polis 17 yaşlı dəstə başçısını saxlayıb və dindirir. Yeniyetmənin mənzilində axtarış aparılıb.
O, həbs olunduqdan sonra buraxdığı səhvə görə “bütün rus xalqından” üzr istəyib./lent.az
www.yenicag.az