!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlılar Türkiyədə 131 ev alışı həyata keçirib

!Reklam – Yazi

2021-ci ilin aprel ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alışı həyata keçirib.

Yenicag.az Türkiyənin Statistika İdarəsindən istinadən xəbər verir ki, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan 8-ci sırada qərarlaşıb.

Aprel ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 96 ədəd və ya 3,7 dəfə artıb. Əvvəlki ayla (2021-ci il mart) müqayisədə isə 25 ədəd və ya 23,6 faiz çoxdur.

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 764 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,1 dəfə azalıb.

Qeyd edək ki, 2021-ci ilin mart ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 132 daşınmaz əmlakın alışı həyata keçirilib. Satışların əksəriyyəti İstanbul, Antalya, Ankara, Mersin və Bursanın payına düşüb.

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv