!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycansız keçirilən KRIM PLATFORMASI: “Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək...” – ŞƏRH

!Reklam – Yazi

“Rusiya indiki halda Fransa ilə birlikdə Azərbaycanın maraqlarına uyğun olmayan situasiyanın yaradılmasında iştirak edir”.

Bu fikirləri avqustun 23-də Kiyevdə 44 dövlətin və nüfuzlu beynəlxalq qurumların təmsilçiliyi ilə keçirilən Krım Platformasına Azərbaycanın qatılmamasının səbəblərini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Bakının Kiyevə nümayəndə göndərməsinin əsas səbəbi mövcud şəraitdə Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək istəməsidir:

“Təbii ki Azərbaycanın da Krım Plataformasında iştirakı çox yaxşı olardı. Amma biz Rusiyanın əlinə dəstəvuz vermək istəmirik. Onsuz da son aylarda Rusiyanın üzü dönməyə başlayıb.

Rusiya Azərbaycanın da imzaladığı məlum üçtərəfli razılaşmanın müddəlarının həyata keçirilməsində öz səylərini demək olar, minimuma endirib, bəlkə də dayandırıb.

Rusiya tərəfindən Ermənistana silah yardımı, o ölkənin ordusunun yenidən qurulması kimi işlər ciddi şəkildə davam etdirilir. Eyni zamanda, Moskva artıq mövcud olmayan Dağlıq Qarabağın statusu ilə bağlı ATƏT-in fəaliyyətini bərpa etməyə çalışır. Yəni Rusiya indiki halda Fransa ilə birlikdə Azərbaycanın maraqlarına uyğun olmayan situasiyanın yaradılmasında iştirak edir.

Bununla yanaşı, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və Krımın bu ölkəyə məxsus olduğunu daim təsdiq edib. Ona görə də Azərbaycanın bu şəraitdə Krım Platformasına qoşulmaması sadəcə olaraq, Rusiya ilə münasibətlərin daha da gərginləşməsini istəməməyindən irəli gəlir.

Krım Platformasına gəldikdə isə bu qədər geniş təmsilçiliklə keçirilən tədbirin əhəmiyyəti böyükdür və günlərin birində Rusiya orada irəli sürülmüş müddəaları qəbul etmək məsələsi qarşısında qalacaq”.

A.Zeynalov

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv