!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərenerji”dən 1.9 milyon manatlıq tender - Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi

!Reklam – Yazi

“Azərenerji” ASC bir gündə 3 tenderinin qalibini elan edib.

Yenicag.az xəbər verir ki, tenderlərin ümumi məbləği 1 milyon 910 min 170 manatdır.

Avtomobillərin ehtiyyat hissələrinin satın alınması ilə bağlı teenderrin qalibi “NOVUM FMCG” Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub. Bu MMC, onun rəhbəri və ya kimə məxsus olması haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Sadəcə bəlli olan odur ki, mütəmadi olaraq bir sıra dövlət qurumlarının keçirdiyi yüksək qiymətli tenderlərin qalibi olur. İnternet Vergi İdarəsinin məlumatına görə, Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 115 ünvanında rəsmi qeydiyyatdadır.

İkinci tenderin qalibi isə “BUTA SUPPLY” MMC olub. MMC tenderin şərtlərinə görə Azərenerjini elektrik malları ilə təmi edəcək. Bunun müqabilində şirkətə 235500.27 manat ödəniləcək. “BUTA SUPPLY” MMC 2019-cu il 2019-cu ildə təsis edilib. Bakı şəhəri, Xətai rayonu, Əhmədli 2-ci, ev 20 ünvanında rəsmi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi Əliyev Çingiz Akif oğludur.

Digər tenderrin qalibi “İNFİNİTECH” MMC-dir. “Azərenerji”ni müxtəlif növ kompüter avadanlıqları və aksessuarları ilə təmin edəcək şirkətə bunun müqabilində 746321.09 AZN ödəniləcək. Bu şirrkət də davamlı olaraaq bahalı tenderlərin əvəzolunmaz qalibləri sırasındadır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyster məlumatına görə MMC Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli, ev 9, m. 107 ünvanında qeydiyyatdadır. 20 AZN nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Əfəndiyev Aslan Əşrəf oğludur./Yeni Sabah/

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv