Xudat-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
Hadisıə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.
Digər 2 nəfər- Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.
Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyətləri ağır olaraq qalır.
Məlumata görə, “Lada Priora”nın sürücüsü və avtomobildə olan sərnişinlər “Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
www.yenicag.az