“Azərpoçt”un sabiq vəzifəli şəxsinə cinayət işi AÇILDI

media-hightechnic-468x90

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğunda aparılan araşdırmalarla qeyd edilən poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 12.07.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək olan müddət ərzində şöbənin xəzinəsində olan 16 500 manat və 4 500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05