!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərsu” bayram günlərində fasiləsiz işləyəcək

!Reklam – Yazi

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. 

Bu barədə Yenicag.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması  məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və  magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

İstehlakçılardan xahiş olunur, içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar  955 Zəng Mərkəzinə müraciət etsinlər.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv