“Azpromedia” qalibləri mükafatlandırdı – FOTO

“Azpromedia” Şirkətinin 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda video, foto, animasiyaların hazırlanması ilə bağlı elan etdiyi Respublika miqyaslı müsabiqəyə yekun vurulub.

Nəticələrə görə:

– 1-ci yerin qalibi Vəli Məmmədov Azpromedia şirkəti tərəfindən Samsung Galaxy A7 Planşeti

– 2-ci yerin qalibi Kərim Rəhimov Samsung Galaxy A21 S mobil telefonu

– 3-cü yerin qalibi Firdovsi Osmanov isə Xiomi Redmi 9 mobil telefonu ilə mükafatlandırılıb.
Qaliblərə həmçinin Şirkət tərəfindən hazırlanan diplomlar da təqdim olunub.

Bundan əlavə, bir neçə qalib həvəsləndirici mükafatlarla təltif ediliblər.

Mükafatlandırma mərasimində həmçinin, həvəsləndirici hədiyyələrə görə ISR AUTO Şirkətinə, həmçinin Azərbaycanın gül bazarında lider mövqeyində dayanan “Baku Roses” Şirkətinə təşəkkür edilib.

Qalibləri təbrik edən “Azpromedia” Şirkətinin direktoru Tural Müseyibov, “31-dekabr Dünya Azərbaycanlıaırının Həmrəylik Günü münasibətilə keçirilən müsabiqənin məqsədi Müzəffər Ordumuzun bizə nəsib etdiyi Zəfər bayramında birliyimizi, həmrəy olduğumuzu gənclərin gözü ilə görmək idi. Bütün iştirakçılarımız Azərbaycanın gücünü, xalqın birliyini nümayiş etdirən video çarxlar, animasiyalar, posterlər hazırladılar. Biz Prezidentimiz Cənab İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi tarixi qələbənin sevinci ilə Dünya Azərbaycanlılarınn Həmrəylik gününü qeyd edirik.

“Azpromedia” Şirkətinin əməkdaşları adından qarşıdan gələn Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibətilə sizi təbrik edirik! Biz birlikdə Güclüyük!” – deyə bildirdi.

T.Müseyibov əlavə etdi ki, fərqli formatda yeni yarışmalar keçiriləcək.