Tolik hansı məşhur müğənnini QINADI? - "Buna görə qırğın-qiyamət qopdu"

media-hightechnic-468x90

“Qırğın-qiyamət qopdu ki, Habil ora tək gəlsə, mən bir də o verilişə gəlməyəcəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri  aparıcı Tarix Əliyev verilişində deyib.

O, müğənni Yeganə Mürsəlova ilə bağlı maraqlı açıqlama verib:

“Yeganə Mürsəlovanın duet ortağı Habilin gözəl səsi var, dedim, onu verilişimə tək çağırmaq istəyirəm. Qırğın-qiyamət qopdu ki, Habil ora tək gəlsə, mən bir də o verilişə gəlməyəcəyəm. Zaur Kamalla da danışdım, onun da verilişində Habil tək olacaqmış, amma Zaur dostumuz sonda Yeganəni seçdi, Habil verilişdə olmadı. Amma mən Habili tək çağırdım. Mənim Yeganəyə böyük hörmətim var, dedim, ay Yeganə, bu oğlan sənin duet ortağındır, verilişə tək də çıxa bilər, toya tək də gedə bilər”.

Tolik onun qarşısında şərt qoymaq istəyən müğənnilərə səslənib:

“Kimsə məniə desə ki, filankəs verilişnə  gəlsə, mən gəlməyəcəyəm. Mən bunu etsəm, siyahı uzanacaq. Sabah deyəcək, filankəs də gəlməsin. Mən onda olacağam, papanın gül balası. O mənada ki, Fatı otur, Fatı dur…  Mən bunu etməyəcəyəm, çünki bütün müğənnilərə hörmətim var”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa