Rəqsanənin konsert öncəsi görüntüləri yayıldı: "Deyirəm, elə oradaca açıb-soyunum..." - VİDEO
Məşhur müğənni Rəqsanə İsmayılovanın konsert hazırlığı zamanı çəkilən pərdəarxası görüntüləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Yenicag.az xəbər verir ki, yayılan kadrlar sənətçinin çıxışına hazırlaşdığı məqamları əks etdirir.
Videoda müğənninin geyimini nizama salarkən ətrafındakılara müraciətlə işlətdiyi ifadələr diqqət çəkib.
Rəqsanənin “Deyirəm elə oradaca açıb soyunum, ay Hüseyn” sözləri və ardınca çiyin nahiyəsini açaraq səhnə libasını nümayiş etdirməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Yenicag.az












