!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu vəsait kimə çatacaq ki?" - Qüdrət Həsənquliyev

!Reklam – Yazi

Bu gün Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi olub.

Yenicag.az xəbər verir ki, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev maraqlı fikirləri ilə yadda qalıb.

O, çıxışı zamanı qaçqın və məcburi köçkünlərin, o cümlədən hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə toxunub:

“Bu şəxslərin mənzil şəraiti yaxşılaşdırılmalıdır. Bunun üçün büdcədən daha çox vəsait ayrılmalıdır. Son olaraq, hərbiçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün büdcədən 29 milyon manat ayrılıb. Bu vəsait kimə çatacaq ki? Hazırda 4600 məcburi köçkün ailəsi qəzalı binalarda yaşayır. Bu problemin həlli üçün büdcədən mütləq vəsait ayrılmalıdır”.

Qüdrət Həsənquliyev çıxışı zamanı telekanallardan da söz açıb. O, bildirib ki, bu gün dövlət tərəfindən yalnız AzTV və İTV-yə maddi vəsait ayrılır. Həsənquliyevin sözlərinə görə, digər telekanallar populyarlığına görə adıçəkilən kanalları üstələyir:

“Dövlət tərəfindən maliyyələşən kanallara reklam vəsaitinin ayrılması dayandırılmalıdır. Diqqəti daha çox digər kanalların yaşamasına yönəltmək lazımdır”, deyə millət vəkili çıxışını yekunlaşdırıb.

Araz Zeynalov

www.yenicag.az

2245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv