!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlı qızının gözü qarşısında arvadını öldürdü - Tərtərdəki qətlin təfərrüatı

!Reklam – Yazi

Tərtər rayonunda həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim olub.

Yenicag.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. Məlumatda bildirilir ki, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə R.Cəfərli hadisə yerində ölüb.

E.Hüseynov könüllü Tərtər Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Artıq ərin öz həyat yoldaşını qətlə yetirməsinin təfərrüatları da məlum olub. Qətlə yetirilən Rufanə Cəfərlinin atası Müzəffər Cəfərov “Report”a açıqlamasında deyib ki, qızı 1993-cü il təvvəlüdlü R.Hüseynova həyat yoldaşı Emin Hüseynovla Bakıda universitetdə təhsil alarkən tanış olublar.

Onun sözlərinə görə, qızı 3 il əvvəl ailə qurub və Bakıda yaşayıb: “Qızımla həyat yoldaşı Emin Hüseynov arasında dəfələrlə münaqişə olub. Bu səbəbdən qızım azyaşlı övladını da götürüb bir neçə ay əvvəl bizə gəlmişdi. Bu müddət ərzində həyat yoldaşının təhqirlərinə məruz qalıb. İki ay əvvəl həyat yoldaşı evimizə silahlı basqın da edib”.

M.Cəfərov bildirib ki, E.Hüseynov oktyabrın 20-də saat 10-11 radələrində 3 nəfərlə kəndə gələrək həyat yoldaşını və övladını evinə aparmaq istəyib: “Qızı Rufanə buna qarşı çıxıb. Emin cibindən bıçaq çıxararaq Rufanəyə azyaşlı oğlu Mehman Hüseynov və anası Vəsilə Əliyevanın gözləri qarşısında 8 bıçaq zərbəsi vurub. Qızım hadisə yerində ölüb”.

www.yenicag.az

2626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv