Məktəbə bıçaqlı HÜCUM – 3 şagird YARALANDI

media-hightechnic-468x90

Finlandiyanın Tampere şəhəri yaxınlığındakı kiçik Pirkkala qəsəbəsində məktəbin üç şagirdi bıçaq xəsarətləri alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.

Hadisə mayın 20-si səhər saatlarında Pirkkala qəsəbəsindəki məktəbdə baş verib. Polisə saat 10:42-də çağırış daxil olub. Üç şagird bıçaq yarası alıb, onların həyatı üçün təhlükə yoxdur. Hücum edən həmin məktəbin şagirdi saxlanılıb.

Mətbuatın məlumatına görə, hücum edən oğlan, zərərçəkənlər isə qızlar olub. Hücumdan əvvəl o, motivlərini açıqlayan manifest dərc edib, amma məzmunu hələ açıqlanmayıb. Məktəbdə araşdırmalar davam edir.

Xatırladaq ki, Finlandiyada əvvəlki oxşar hücum 2024-cü ilin yazında baş verib – 12 yaşlı oğlan sinif yoldaşlarına atəş açıb, bir uşaq həlak olub, ikisi yaralanıb.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600