!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Baba Vəziroğlu: “Bir də əlimdən buraxsam, qorxuram ki…”

!Reklam – Yazi

“Pandemiya dövründə durğunluq yarandı, elə bil əlim hər şeydən soyudu. İlham pərisi də sanki virus gətirəcəyindən qorxub, çox da aşağı enmirdi. Elə havadan əl edib, çıxıb gedirdi”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

Şair onlayn görüşlərin canlı görüşləri əvəz edə bilmədiyindən danışıb:

“Əvvəllər elə düşünürdüm ki, televiziya, radio canlı görüşləri əvəz edə bilir. Amma gördüm ki, canlı görüşlər tamam fərqli aləmdir. Pandemiyaya qədər canlı görüşlərdə olurdum, insanların hərarətli baxışları, ehtiramını görürdüm. Təəssüf ki, pandemiya adlı bəla gələndən sonra bu görüşlər onlayn görüşlərlə əvəz olundu. Bu da əslində elə televiziyanın bir variantı idi, o effekti vermirdi. Yəni canlı görüşlərdəki ləzzəti almırdım. Yəqin ki, məni dinləyənlər də o ləzzəti almırdı”.

Şair ilham pərisinin böyük zəfər qələbəsində qayıtdığını bildirib:

“İlham pərisi özü də əslində elə sözün yaxşı mənasında bir virusdur. Gəlir, səni narahat edir, oturmağa qoymur, yazmağa çağırır. Səni loru dildə desəm, dingildədir ki, hissiyatını sözə, nəğməyə çevir.

İlham pərisi Azərbaycanın böyük zəfər qələbəsində qayıtdı. 44 gün ərzində 30-dan artıq şeir yazdım, hamısı nəğməyə çevrildi, populyar oldu. Daha o pərini göylərə buraxmıram, saxlamışam yanımda. Qorxuram bir də əlimdən buraxsam, çox gec qayıdar, ya da gedər-gəlməzə gedər.

İndi İsmayıllıda istirahət edirəm, ilham pərisi də pəncərənin önündədir. Göy guruldayanda pəncərəni açıram, girir içəri, qorxuram ki, soyuq dəyər, xəstələnər. Əzizləyirəm ki, məndən uzağa getməsin”.

Cəvahir

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv