!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baffetlə nahar şansı hərraca çıxarılır - 25 min dollar 

!Reklam – Yazi

91 yaşlı amerikalı milyarder Uorren Baffet iyun ayında onunla nahar etmək şansını son dəfə hərraca çıxaracaq.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” yayıb.

Məlumata görə, hərrac iyunun 12-dən 17-nə qədər “eBay” üzərindən keçiriləcək. Hərrac üçün minimum təklif 25 min dollar təşkil edəcək.

Hərracda qalib gələn şəxs və 7 nəfərə qədər qonaq Baffetlə milyarderin sevimli restoranlarından biri olan Nyu-Yorkdakı “Smith & Wollensky” restoranında nahar etmək imkanına sahib olacaq.

Bildirilir ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbindən hərraclar keçirilməyib. Baffet bu cür hərrac vasitəsilə ümumilikdə 34 milyon dollar toplaya bilib. Bu vəsaitlər isə ehtiyacı olanları tibbi xidmət və pulsuz yeməklə təmin edən “Glide Foundation” xeyriyyə fonduna göndərilir./Qafqazinfo/

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv