!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağçalarla bağlı qərar verildi

!Reklam – Yazi

Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssissələrinin fəaliyyəti davam edir.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.

“Bu gün dövlət məktəbəqədər təhsil müəssissələrində profiliktik tədbirlər (dezinfeksiya, peyvəndləmə) işləri həyata keçirilib. Aprelin 6-da səhər saatlarından etibarən bağçalar uşaqların üzünə açıq olacaq”, – deyə, məlumatda bildirilib.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin aprelin 5-dən bağlanması ilə bağlı qərar aprelin 2-də müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən verilib.

Daha sonra təhsil naziri Emin Əmrullayevin aprelin 3-də feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini demişdi.

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv