“Gələn il İran üçün çox çətin olacaq. Əgər Tramp hər şeyi planladığı kimi edərsə, İranın neft gəlirləri 5-6 dəfə azalacaq. Tramp hakimiyyətə gəldikdə, onun əsas problemi Rusiya yox, İran olacaq. Onlar İrana təzyiq göstərməli olacaqlar.və o, Ukrayna məsələləri ilə bağlı Rusiyayla danışıqlar aparacaq, onu bu mübarizədən kənarda qoyacaq”.
Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bunu erməni şərqşünas, Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin rəhbəri Seymon Bağdasarov deyib.
Ermənistan-Rusiya münasibətləri ilə bağlı danışan ekspert bildirib ki, Paşinyan Rusiya Federasiyasının xarici siyasətlə məşğul olan şəxslərinin zəifliyindən istifadə edir.
“Paşinyanın kənd həyatı təcrübəsi var. Paşinyan özünü pis tərbiyə olunmuş, son dərəcə kobud biri – kənd uşağı kimi aparır. O, sadəcə olaraq, bizim xalqımızın xarici siyasət sahələrində, o cümlədən Ermənistanda iştirak edən zəifliyindən istifadə edir. Ermənistan rəhbərliyi əhalisinin təhlükəsizliyi və öz ölkəsinin təhlükəsizliyi haqqında düşünməlidir, amma onlar intriqalarla məşğuldurlar”, – deyə Bağdasarov yekunlaşdırıb.
www.yenicag.az