"Bağışlanmayacaqlar" xəbərdarlığına REAKSİYA: "ABŞ hərbi sursat satmaq üçün NATO-ya möhtacdır"

media-hightechnic-468x90

“ABŞ hərbi sursatlarını satmaq üçün NATO platformasına ehtiyac duyur. Bu baxımdan alyansı tərk etmək hədələri reallığı əks etdirmir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq Telman Nüsrətoğlu ABŞ-nin müdafiə naziri Pit Heqsetin NATO ilə bağlı səsləndirdiyi qalmaqallı fikirləri şərh edərkən deyib.

media-17767680014981559694_1200x630

Qeyd edək ki, P. Heqset ABŞ-İran gərginliyi fonunda Vaşinqtona dəstək verməyən NATO üzvlərinin “bağışlanmayacağı” barədə xəbərdarlıq edib. Ekspert isə bildirib ki, ABŞ və Avropa İttifaqı (Aİ) arasında uzun müddətdir geosiyasi məsələlər üzrə ciddi fikir ayrılıqları mövcuddur:

“Yeni dünya nizamının istiqamətləri, Rusiya və Çin faktorları, eləcə də Avropanın təhlükəsizliyi və vahid ordu quruculuğu məsələlərində tərəflər fərqli mövqe nümayiş etdirirlər. ABŞ əsas diqqətini Qərb yarımkürəsində cəmləşdirmək üçün dünyanın müxtəlif nöqtələrindəki hərbi bazalarının sayını azaltmağa çalışır. Vaşinqton Avropanın öz müdafiəsi üçün daha çox vəsait ayırmasını tələb edir, lakin Avropa buna qətiyyətlə razı olmaq istəmir. Hərbi sahəyə böyük xərclər ayırmaqdan çəkinən Avropa üçün hazırda Rusiya təhlükəsi fonunda bu ehtiyac artıq qaçınılmazdır”.

T. Nüsrətoğlu vurğulayıb ki, Rusiya və Çin məsələsində də maraqlar toqquşur:

“Amerika istəyir ki, Çin məsələsində Rusiya ilə müəyyən razılığa gəlsin. Aİ isə məsələyə fərqli prizmadan yanaşır. Avropa hesab edir ki, davam edən müharibələr və gərginliklər birbaşa onun maraqlarına xidmət etmir.

Buna baxmayaraq, Amerikanın NATO-dan çıxmaqla bağlı təhdidləri inandırıcı görünmür. Səbəb isə sadədir: ABŞ öz hərbi sənaye məhsullarını və silahlarını NATO ölkələrinə satır. Bu qədər böyük bir satış bazarını itirmək Vaşinqtonun maraqlarına ziddir. Fikir ayrılıqları və siyasi çəkişmələr olsa da, bu mübarizə daha çox Avropanın Çin qarşısında geriləməsi və iqtisadi nüfuz savaşı ilə bağlıdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05