Bağlı qalmış 10 cinayətin üstü açıldı - STATİSTİKA

media-hightechnic-468x90

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600