Bahar Muradova AŞPA-nın müzakirələrinə qatılacaq

media-hightechnic-468x90

publika.az1424769366mainİyunun 4-5-də Parisdə “Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda parlament konfransı keçiriləcək.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, konfransda Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlardan Azay Quliyev, Asim Mollazadə və Sahibə Qafarova daxildirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə keçiriləcək bu iclasda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Konfransda Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600