Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bakcell”dən veteranlara həsr olunan sərgiyə dəstək

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Böyük Vətən müharibəsi veteranlarından bəhs edən sərgiyə dəstək göstərib.

Şirkətdən Yenicag.az-a verilən məlumata görə, 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi “Baki Metropoliteni” QSC tərəfindən “Bakcell”in dəstəyilə “Gənclik” stansiyasının keçidlərində təşkil edilib. Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr – azərbaycanlı veteranların fotolarından ibarət tablolar nümayiş olunur. Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənir.

Müharibə iştirakçıları haqqında daha ətraflı məlumat almaq üçün sərgidəki şəklin altında yerləşdirilən QR koddan istifadə etmək lazımdır.

Sərginin açılışı may ayının 7-də “Bakı Metropoliteni” QSC-nin və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranların iştirakı ilə keçirilib.

Loading...

www.yenicag.az

1037
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100